XƏBƏRLƏR / İctimaiyyət

Suriya-Türkiyə sərhəd məntəqələri fasiləsiz rejimə keçir

Bu barədə Suriyanın Dəniz və Quru Limanları Baş İdarəsi məlumat verib

Suriya-Türkiyə sərhəd məntəqələri fasiləsiz rejimə keçir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 14-dən etibarən Suriya və Türkiyə arasındakı bütün sərhəd keçid məntəqələri 24 saatlıq iş rejiminə keçir.

    Suriya mənbələrinin məlumatına görə, bu barədə Suriyanın Dəniz və Quru Limanları Baş İdarəsi məlumat verib.

    İdarə həmçinin qeyd edib ki, qərar "suriyalıların vətənə qayıtmasını asanlaşdırmaq və ən çox yüklənmə saatlarında sərhəd-keçid məntəqələrinin yükünü azaltmaq məqsədilə" qəbul edilib.