Suriya və Azərbaycan bəzi sahələrdə əməkdaşlıqdan danışıblar
Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb
Suriyanın ictimai işlər və mənzil naziri Mustafa Əbdür-Rəzzaq Dəməşqdə Azərbaycanın müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüşüb.
Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Tərəflər görüş zamanı mənzil və yenidənqurma sektorlarında əməkdaşlığın gücləndirilməsi yollarını, eləcə də bu sahələrdə qarşılaşdıqları çətinlikləri müzakirə ediblər.
1 dəqiqədən az