Suriyada Bəşər Əsədin əmisi oğluna ölüm hökmü çıxarıldı
Vasim əl-Əsəd 2025-ci ilin iyun ayında Suriya-Livan sərhədində həbs edilib
Dəməşqin Dördüncü Cinayət Məhkəməsi devrilmiş Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim əl-Əsədi edam cəzasına məhkum edib.
Məhkəmə onu mülki şəxslərin qətli və işgəncəsində, eləcə də müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə günahkar bilib.
Vasim əl-Əsəd 2025-ci ilin iyun ayında Suriya-Livan sərhədində həbs edilib. Müstəntiqlər onu həmçinin silahlı qruplar yaratmaqda, narkotik qaçaqmalçılığında, şantajda və özbaşına həbslərdə ittiham ediblər. Onun işi yeni Suriya hakimiyyətinin rəhbərlik etdiyi keçid ədalət prosesinin bir hissəsi kimi dinlənilib.
1 dəqiqədən az