Suriyada dövlət çevrilişinə cəhd barədə xəbər yayılıb
KİV Dəməşqdə prezident sarayının yaxınlığında atışma haqda xəbər verir
Dəməşqdə prezident sarayının yaxınlığında atışma eşidilir və dövlət televiziyası yayımını dayandırıb.
Təsdiqlənməmiş məlumatlara görə, çevrilişə Suriya kəşfiyyatının direktoru general-mayor Hussam Louki rəhbərlik edir və ona Maher Əsədin (prezidentin qardaşı) komandanlığı altında olan 4-cü diviziya və İran qüvvələri müqavimət göstərir.
Bəzi məlumatlara görə, bir müddət əvvəl Moskvadan gələn prezident Əsəd təhlükəsiz yerə göndərilib.