Suriyadakı hərbi qiyam cəhdində Rusiya izi tapılıb
Bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazır

Rusiyanın Suriyadakı hərbi qiyamda iştirakına dair sübutlar tapılıb.
Əsir düşən Əsəd tərəfdarları liderinin telefonundan olan səs yazılarına görə, Rusiya Suriya ələvilərinin üsyanında fəal iştirak edib.
Səs yazısında yaralı üsyançıların Rusiyanın Himeymim bazasına köçürülməsi istənilir.
Bazada üsyançıların əməliyyat mərkəzinin yerləşdiyi və keçmiş Əsəd rejiminin kəşfiyyat komandirlərinin üsyançıları oradan istiqamətləndirdiyi, həmçinin bazadan pul və silahların göndərildiyi bildirilir.
Türkiyənin “Yeni Safak” nəşri ərəb mənbəsi “Alquds Alarabi”yə istinadən xəbər verir ki, üsyanı təşkil edən silahlı üsyanın liderləri, “Əsədçilər”in briqada generalı Qiyas Dala və briqada generalı Yasir Səlhabın Rusiya bazasında ilkin planlar hazırladıqları müəyyən edilib.
Yada salaq ki, bir gün əvvəl Rusiyanın qiyamın təşkilində mümkün iştirakı barədə məlumatlar yayılmışdı. Lakin yuxarıdakı məlumatlara əsasən, Moskva təkcə qiyamda iştirak etmirdi, həm də bu qanlı üsyanın mərkəzi idi.
Baş verənlər, Rusiya ilə nəyisə razılaşdırıb, sərmayələr müqabilində üstünlüklər üçün sövdələşmənin mümkün olduğunu düşünən, özlərini “sivil islamçı” kimi göstərən Suriyanın yeni hakimiyyətlərinə dərs olacaqmı?
Aydındır ki, Türkiyənin Suriyadakı Rusiya bazaları məsələsinə ciddi təsiri var (Türkiyəyə isə ABŞ təsir göstərə bilər), lakin bu halda Dəməşqin Rusiyanın Suriyadakı qanlı keçmişini nəzərə alaraq, Moskvanın hərbi bazalarını saxlamaqdan qəti şəkildə imtina etməkdə israr etmək üçün bütün əsasları var idi.
Lakin baş verənlərdən sonra da Dəməşqin ölkədəki Rusiya bazaları mövzusunu bağlayacağı faktdan uzaqdır. Suriyanın yeni hakimiyyət orqanlarının hərəkətlərində qəfil qələbədən eyforiya dalğasını hələ də səngitməmiş insanlar üçün xarakterik olan siyasi intriqa həvəsini aşkar görmək olar.
Bu, ölkənin ictimai-siyasi quruluşunun təməlinin formalaşdığı və qoyulduğu ən təhlükəli dövrdür. Dəməşqin kristallaşma prosesinə və hakim rejimin mahiyyətinə bu və ya digər şəkildə təsir edən xarici qüvvələrin və şəraitin təzyiqi altında olması vəziyyəti daha da gərginləşdirir.
Suriya və Suriyada mübarizə çətin və israrlı olacaq. Bu, təkcə iğtişaşların, döyüşlərin, sui-qəsdlərin yatırılması deyil. Amma həm də əsəb savaşı, pərdəarxası sui-qəsdlər, siyasi şantaj, iqtisadi təxribat, təcavüz, terror, rüşvətxorluq, şirnikləndirmə, aldatma, təzyiq və təhdidləridr.