Şuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb
Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsindən məlumat verilib
Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Daşkənddə Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədilə ikitərəfli sənəd imzalanıb. Sənədi Azərbaycan tərəfdən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov imzalayıb.