XƏBƏRLƏR / Hərbi

Tərtərdə bir nəfər minaya düşdü

Bu barədə Baş Prokurorluqdan məlumat verilib

Tərtərdə bir nəfər minaya düşdü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadıyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. 

    Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir. 

    Bərdə rayon Mərkəzi xəstəxanasından bildirilib ki, xəstə mina partlaması nəticəsində xəsarətlər alıb və xəsarətləri sol aşağı ətrafın pəncə nayihəsinin travmatik amputasiyasıdır. Xəstəyə ilkin yardım olunub və əməliyyata alınıb. "Əməliyyat uğurla keçib, hazırda xəstənin vəziyyəti orta ağır stabildir, müalicəsi davam etdirilir”, - deyə xəstəxanada vurğulayıblar.

    Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 284 nəfər minaya düşüb, onlardan 130 nəfər mülki şəxs, 154 nəfər hərbi qulluqçudur.