XƏBƏRLƏR / İctimaiyyət

Tağı Əhmədov vəfat edib YENİLƏNİB

Bu barədə yaxınları bildirib

Tağı Əhmədov vəfat edib YENİLƏNİB
Tağı Əhmədov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 23:51

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun vəziyyətinin pisləşməsi ilə bağlı çağırış daxil olub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    "Mərkəzə 18 oktyabr 2024-cü il tarixində, saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi ilə bağlı çağırış daxil olub.

    Saat 21:07-də isə çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB məlumat verib.

    ***

    21:13

    “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov vəfat edib.

    Bu barədə yaxınları bildirib.

    Məlumata görə, Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib

    Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

    1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

    2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

    YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.