Tanınmış türk aktyor xəstəxanaya yerləşdirildi
Nejat İşler alkoqoldan imtina edə bilmir
Məşhur türk aktyor Nejat İşler xəstəxanaya yerləşdirilib.
Türkiyə mətbuatı xəbər verir ki, onun səhhətində ciddi problemlər var.
Aktyorun nə vaxt müalicəsini tamamlayacağı və evə buraxılacağı açıqlanmayıb.
Qeyd edək ki, 2014-cü ildə septik şok keçirən aktyor uzun müddət xəstəxanada qalmalı olmuşdu. O, 95 gün reanimasiyada qaldıqdan sonra ölüm təhlükəsini çətinliklə geridə qoymuşdu. 95 gün reanimasiyada qalan, hətta ayaqlarının və barmaqlarının ucları kəsilən aktyor Nejat İşler onu bu hala salan alkoqoldan imtina edə bilmir! Spirtli içki səbəbindən dəfələrlə xəstəxanaya yerləşdirilən 51 yaşlı aktyor bu dəfə də eyni problemlə yenidən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Nejat İşler 2006-cı ildə ANS TV-də yayımlanan "Aliye" serialında baş rollardan birinin (Dəniz həkim) ifaçısı idi.