XƏBƏRLƏR / Hadisə

Tanınmış musiqiçinin 7 yaşlı övladı kanalda boğulub

Hadisə Naxçıvanın Qaraxanbəyli kəndində baş verib

Tanınmış musiqiçinin 7 yaşlı övladı kanalda boğulub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tanınmış musiqiçinin 7 yaşlı övladı faciəvi şəkildə dünyasını dəyişib. Naxçıvanda faciəvi hadisə baş verib: 7 yaşlı uşaq kanalda boğulub.

    Hadisə Naxçıvanın Qaraxanbəyli kəndində baş verib.

    İlkin məlumata görə, 2019-cu il təvəllüdlü Elmir Cahangir oğlu Qurbanov kənddə velosiped sürərkən təsadüfən kanala düşüb.

    Axtarış zamanı uşaq sudan çıxarılaraq Naxçıvan Respublika Xəstəxanasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda araşdırma aparılır.

    Elmir Qurbanov Prezident mükafatı laureatı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, tanınmış musiqiçi Cahangir Qurbanovun oğlu olub.

    Naxçıvan 5 nömrəli orta məktəbin birinci sinif şagirdi Elmir bir gün əvvəl itkin düşüb. Daha sonra o, kanalda üzən halda tapılıb.