XƏBƏRLƏR / Neft və Qaz

TAP kəməri ilə Avropaya indiyədək nə qədər qaz nəql edilib?

Bu barədə TAP-ın “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan statusda bildirilib

TAP kəməri ilə Avropaya indiyədək nə qədər qaz nəql edilib?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ildən indiyədək Avropaya təhlükəsiz şəkildə 64 mlrd. kubmetr təbii qaz nəql edib.

    Bu barədə TAP-ın “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan statusda bildirilib.

    “Altı il. 64 milyard kubmetr qaz təhlükəsiz şəkildə nəql edilib. Dayanıqlı gələcəyə doğru etibarlı marşrut”, - paylaşımda qeyd olunur.

    Bildirilir ki, 2020-ci ildən etibarən TAP Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və təchizat mənbələrinin şaxələndirilməsinə töhfə verir, eyni zamanda Avropanın dəyişən enerji tələbatına uyğunlaşır.

    Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.