XƏBƏRLƏR / Müttəfiq

TDT bölgədə və ondan kənarda sabitliyə xidmət edəcək

Bu barədə TDT Naxçıvan Müqaviləsinin imzalanmasının 16-cı ildönümünündə Türkiyə XİN açıqlama yayıb

TDT bölgədə və ondan kənarda sabitliyə xidmət edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Xarici İşlər Nazirliyi 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlığı Gününü və Türk Dövlətləri Təşkilatının (TDT) təsis sənədi olan Naxçıvan Müqaviləsinin imzalanmasının 16-cı ildönümünü təbrik edib.

    Bu barədə Türkiyə XİN açıqlama yayıb.

    Nazirliyin açıqlamasında bu əlamətdar günün qürurla qeyd olunduğu və Türk Dövlətləri Təşkilatının bölgədə və ondan kənarda sülh, rifah və sabitliyə xidmət etməyə davam edəcəyi vurğulanıb.