XƏBƏRLƏR / Müttəfiq

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Qonağı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev qarşılayıb

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.