XƏBƏRLƏR / Sağlamlıq

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

    Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

    Dövlət başçısının imzaladığı sənədə əsasən, TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşacaq.

    TƏBİB dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək.

    TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.