"Təəssüf ki, biz özümüz bu prosesi dayandıra bilməyəcəyik"
Bunu Xəzər dənizinin səviyyəsinin dəyişməsi haqda Rusiya EA-nın baş elmi işçisi Andrey Kostyanoy deyib
Xəzər dənizinin səviyyəsinin dəyişməsi hazırda bütün Xəzəryanı ölkələr üçün əsas problemlərdən biridir.
Bu barədə @AzeSputnik-ə Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun baş elmi işçisi Andrey Kostyanoy məlumat verib.
“Təəssüf ki, biz özümüz bu prosesi dayandıra bilməyəcəyik, lakin səylərimizi bu vəziyyətə müxtəlif uyğunlaşma tədbirlərinin işlənib hazırlanmasına yönəldə bilərik” deyən alim “Xəzər dənizi səviyyədəki dəyişikliklərin peyk vasitəsilə monitorinqi” mövzusunda Bakıda COP29-da təqdimatla çıxış edəcək.
Kostyanoy əlavə edib ki, bu məsələdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan olan həmkarları ilə əməkdaşlıq edir.