BLOQ

Təhlükəli kənd

Söhbət Şuşanın Qaladərəsi kəndindən gedir

Təhlükəli kənd
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Lənət sənə kor şeytan! 1991-ci ilin aprel ayı. Böyuk Qaladərəsi, kiçik Qaladərəsi, Unverst və Yextsahoq (sonradan Salatınkənd) Andranikin kəndləridir.

    Andranik Qarabağda və ümumiyyətlə bütün Azərbaycanda qətllər törətməyi bu kəndlərdən başlayıb. Qərargahı Qaladərəsi olub.

    Qacar şah Şuşadan fərqli olaraq bu kəndə girə bilməyib. Ondan sonra ermənilər bu kəndə Qaladərəsi yox, Qalan Dərə adını veriblər. Çox təhlükəli kənddir. Jurnalist Salatın Əsgərovanı qətlə yetirənlər bu kənddən olub. Özü də bir nəfərdən başqa hamısı ziyalı olub. Fizika müəllimi, riyaziyyat müəllimi, cografiya müəllimi – hamısı müəllim olub. O bir nəfər də avtobus sürücüsü idi - Qarik... Yivsiz, yəni “Quş tufəngi”ni 5.45, 7.62 kalibrinə çevirənlər bu kənddən çıxıb. Fitil və kustar üsul ilə hazırlanmiş ilk əl qumbarası bu kənddən çıxıb. “TOZ-8” tufənginə tutumu 30 ədəd giliz olan (“melkaşka”) maqazin bu kənddən çıxıb. Hər birinin taxta qundağında yandırılmışşəkildə faşist xaçı olan motoatıcı silahlar bu kənddən çıxıb. Bu kəndin məktəbinin zirzəmisindən iki KAMAZ silah-sursat çıxarmışıq. Üçüncü KAMAZ-a da ehtiyac var idi. Birtəhər yerləşdirə bildik.

    1990-cı ildən Laçın yolu bağlı olub. Amma bu kəndə hər gün 2 ədəd Rus vertalyotu düşürdü - silah-sursat və yaxşı hazırlanmış şəxsi heyətlə. Buradan isə karvan yolları ilə bütün Qarabağa dagılırdılar.

    04.04.1991-ci ilin aprel ayı. Bu kəndlərə birinci olaraq OMON girdi. Hadisə yerinə general Safonov gəldi. OMON-u çıxardı. Rəhmətlik Eldəniz Quliyevin tapşırığına əsasən mən öz böluyumlə girdim kəndə.

    Kənd Soveti sədri Qrişa qaçmışdı. Çoxları qaçmışdı. Dağyolları ilə Daşaltıya qaçmışdılar. Mən Qrişanin evində qalırdım və bu 20 gün bu kəndin mühafizəsində durdum. Biz hər bir sakindən, ailə başçısından Ərizə aldiq ki, könüllü olaraq özümüz gedirik. Hətta elə şərait yaradıldı ki, ermənilər nağd olaraq mal-qarasını sata bildilər. Sonradan həmin kənd Şuşaya pənah gətirmiş Ermənistandan olan qaçqınlara verildi.

    Həqiqətən də ermənilərə heç bir təzyiq göstərilmədi. Gedirsən get, qalırsan qal, amma Azərbaycana tabe ol. Qalan olmadı. Yük maşınları ilə təmin etdik, hamısı getdi.

    Kənd çox təhlükəli kənddir. Laçın-Şuşa yolunun üstündə belə bir kəndin olmasını istəməzdim. Sadəcə, pasport qeydiyyatı aparılmalı və sakitcə hamısı yola salınmalıdır - öz ərizələrinə uyğun olaraq!