XƏBƏRLƏR / Siyasət

Ankarada 13-cü TDT Liderlər Zirvəsi başlayıb BİRBAŞA

YENİLƏNİB

Ankarada 13-cü TDT Liderlər Zirvəsi başlayıb BİRBAŞA
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ankarada 13-cü TDT Liderlər Zirvəsi başlayıb.

    BİRBAŞA

    Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman iştirak edir.

    Azərbaycanı bu görüşdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. 

    Prezident İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.
    ***

    10:02

    Zirvə görüşü üçün Ankaraya gələn dövlət başçıları Prezident Kompleksində qonaq edilib.

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovu, Qırğızıstan Prezidenti Sadır Japarovu və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürmanı Prezident binasının pilləkənlərində qarşılayıb.

    Cevdet Yılmaz qonaq olan hər bir liderlə fərdi olaraq xatirə şəkilləri çəkdirib.