XƏBƏRLƏR / İctimaiyyət

Ter-Petrosyanın irqçi çıxışı BMT rəsmi sənədi kimi yayılıb

1993-cü ildə Ermənistanın keçmiş prezidentinin dedikləri Qərbi Azərbaycan İcmasının sayəsində Baş Assambleya və TŞ-nın sənədi statusunda yayılıb

Ter-Petrosyanın irqçi çıxışı BMT rəsmi sənədi kimi yayılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qərbi Azərbaycan İcmasının 1993-cü ildə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın məşhur çıxışı ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

    “Levon Ter-Petrosyan çıxışında etnik təmizləmə və işğalın Ermənistanın dövlət siyasəti olduğunu təsdiqləyib və azərbaycanlıların bu ölkədən qovulmasını tarixi nailiyyət adlandırıb. BMT-nin baş katibinə ünvanlanmış məktubda qeyd etmişdik ki, Levon Ter-Petrosyanın bu çıxışı Ermənistanın dövlət siyasətinin irqçi, qeyri-insani və cinayətkar olduğunu danılmaz şəkildə sübut edir.

    Məktubun Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması Ermənistanın beynəlxalq hüquqda törətdiyi cinayətlərə görə məsuliyyətinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Biz bu məsələni özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərən regional və beynəlxalq qeyri-hökumət təşkilatlarına çatdırmaq üçün səylərimizi davam etdirəcəyik”, - deyə ictimaiyyət vurğulayır.