Terror Türkiyə iqtisadiyyatına 2 trilyon dollar zərər vurub
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib VİDEO
Biz terror təşkilatını fəaliyyət imkanından məhrum etdik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK partiyasının 32-ci Məşvərət və Qiymətləndirmə Toplantısında deyib.
Ərdoğanın sözlərinə görə, terrorla mübarizə Türkiyə iqtisadiyyatına 2 trilyon dollar zərər vurub.
O qeyd edib ki, Türkiyənin terrorla mübarizə tarixində müəyyən səhv addımlar olub, lakin bu gün ölkə ərazisində terror təşkilatları fəaliyyət imkanından məhrum edilib.
Ərdoğan PKK terror təşkilatının tərksilah olmasını şərh edərək, bu günün yeni, tarixi gün olduğunu da vurğulayıb.