XƏBƏRLƏR / Siyasət

Terroru dəstəkləyən Makron Ərdoğana cavab qaytarıb

Söz atışması haqda Türkiyənin “Sabah” qəzeti yazır

Terroru dəstəkləyən Makron Ərdoğana cavab qaytarıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın PKK terror təşkilatının bölgədəki təhlükəsini aradan qaldırmaq əzmi ilə bağlı açıqlamaları Qərb dövlətləri, xüsusilə Parisdə narahatlıq yaradıb. Fransa Prezidenti Emmanuel Makron bu qanlı təşkilatın Suriya qanadı - YPG-yə açıq dəstək verdiyini açıqlayıb.

    Bu barədə Türkiyənin “Sabah” qəzeti Türkiyə liderinin xəbərdarlığına istinadən yazır: “Ya terrorçular silahlarını basdıracaqlar, ya da silahlarla birlikdə basdırılacaqlar”.

    Nəşr qeyd edir ki, Fransa lideri Türkiyə Prezidentinin sözlərinə cavab olaraq bir qrup səfirlə görüşdə deyib ki, Fransa terrorçu YPG/PKK-nı “yalqız qoymayacaq”. Makron Qərbi “yeni Suriya hakimiyyətini dəstəkləməməyə” çağırıb.

    Qəzet yazır ki, Fransa Suriyada terrorçulara himayədarlıq edən yeganə Avropa ölkəsi deyil. “Qərbin terrorizmə sevgisi səngimək bilmir. Hələ Fransa Prezidentindən əvvəl Berlində YPG/PKK-ya dəstək elan edilmişdi” deyən “Sabah” Almaniyanın xarici işlər naziri Annalena Berbokun Suriyadakı vəziyyətlə bağlı açıqlamalarına diqqət çəkib.