İyul və avqust ayları çoxdan bitib və axır ki, həm azərbaycanlıların, həm də başqa millətlərin Türkiyədəki favorit istirahət şəhəri olan Antalyada nəfəs almaq olar.
Bu yazını yazarkən havanın istiliyi 29 dərəcədir. Sentyabrın sonudur.
Avqustda Antalyaya dincəlməyə gəlməyin! Sağlamlığınızın və pulunuzun qiymətini bilin.
İyul və avqustda səhər saat 9-dan sonra küçəyə çıxmaq zülmdür. Elə axşam da. Gündüz günəşdə qovrulursan, axşam da nəmdən nəfəs ala bilmirsən. Temperaturu 45 dərəcədən aşağı yox, yuxarı olan bir şəhərin köklü sakinləri Korkuteli, Döşəməaltı, Çamyuva kimi ətraf rayonlardakı bağ evlərinə yerləşib gur yaşıllığın kölgəsi və Aralıq dənizinin sərinliyində yayı başa vururlar. Yerlilər şəhərdən qaçır, yerinə turistlər doluşur. Bunlar ya istirahət mövsümünü düzgün seçməyən, ya da Rusiyanın, Avropanın il boyu buz kimi məmləkətlərindən günəşdə qovrulmağa gələn turistlərlərdir. Üç gün sonra onlar da bezir. Buz kimi kondisionerli otel nömrəsindən çıxıb o çox arzuladıqları Antik şəhəri, Aspendosu, Termessosu, Kaleiçini gəzməyə taqətləri qalmır. Bələyin, Kəmərin, Sidenin narın qumlu tərtəmiz dəniz sahillərini istila eləyib, selfi çəkməklə özlərinə təsəlli verirlər.
Bələk demişkən, avqustun ortasında Bələk çimərliklərində rotavirus yayılmışdı. Turistlər qızdırma, titrətmə, baş dönməsi, ürək bulanması simptomları ilə şəhərin mərkəzinə, xəstəxanaların təcili yardım şöbələrinə axışırdılar. Səyahətə, alış-verişə, əyləncəyə xərclənəcək büdcə özəl xəstəxanaların fantastik dərəcədə bahalı müayinə və labarotoriyalarında xərclənirdi.
Odur ki, indi Antalyada, Alanyada, Bodrumda məxməri mövsüm başlayıb. Nə çox isti, nə də çox soyuqdur. Həm pullu, həm də pulsuz çimərliklərdə şezlonqunu, ya da dəsmalını sərəcək yer tapmaq artıq müşkül deyil.
Gələk əsas məsəlyə: 2023-cü ildə bir həftəlik istirahət sizə neçəyə başa gələcək?
Qiymətlər ən azı 40 faiz bahalaşıb. Otellərdəki hər şey daxil (all inclusive) xidməti əvvəlki kimi keyfiyyətli deyil. Otel seçimində yüz ölçüb bir biçmək lazım olacaq. Bələk və Kəmərdə azərbaycanlı iş adamlarının işlətdiyi otellerdə xidmət yüksəkdir. Qiymət məsələsində güzəştə gedirlər. Cəmi iki terminalı olan Anytalya aeroportu rahat deyil və gecə-gündüz qələbəlikdir. Baqaj sistemi ləngiyir və buna görə əlavə basabas yaranır. Otel transferlərini əvvəlcədən otellərlə razılaşdırmaq taksilərin fantastik qiymətələrini eşitməkdən yaxşıdır. Aeroportdan taksi ilə otelə qədər olan yola xərcləyəcəyiniz pula Bakıda üç gün ən bahalı restoranda qonaqlıq təşkil etmək olar. Taksometri olmayan taksi sürücüləri xarici qonaqlara elə kosmik rəqəmlər deyirlər ki, adamın geri qayıtmağı gəlir.
Otel yaxınlarında bir qayda olaraq market qıtlığı var və 2 lirəyə satılan yarım litrlik suyu 60 türk lirəsinə almaqdan başqa çarəniz qalmayacaq. Odur ki, 2023-cü ildə Antalya kurortlarına istirahətə gəlməmişdən əvvəl əməlli-başlı büdcə planlaması, qalacağınız otelin yerləşimi və xidməti haqqında ciddi araşdırıb sonra yola çıxmaq məsləhətlidir.