Bilirsiniz niyə Xocalı hadisəsi baş verdi? Niyə Qaradağlı, Malıbəyli işğal olundu? Niyə digər kəndlər, qəsəbələr işğal olundu? Baxmayaraq ki, 1991-ci ildə Xankəndində aclıq, səfalət, əlacsızlıq, bir tərəfdən də şəhərə gələn su borularını mən partlatmışdım. Ona görə də kənarlara Azərbaycan kəndlərinə çıxmaq, ərzaq, yanacaq, texnika, təchizat tapmaq lazım idi. Birinci səbəb bu idi. Əvvəlcədən bütün saytlara, televiziya və radio şirkətlərinə, qəzet və jurnal əməkdaşlarına, ümümiyyətlə, bütün mətbuat əməkdaşlarına minnətdaram daim dəvət etdikləri ücün. Lakin istəmirəm, inciməyin, bunun üçün, sözün düzü, nə həvəsim var, nə marağım var, nə gücüm var, nə də kobud çıxmasın, ehtiyacım var. Ancaq gələn zənglərə və zəng sahiblərinin suallarını böyük həvəslə cavablandıraram. Bir daha TƏŞƏKKÜRLƏR!
İkinci səbəb. Mən Qarabağ hadisələrində 1990-ci ildənəm. “İçəridə”, yəni Xankəndində çoxlu etibarli adamlarımız var idi. Bunlar həm azərbaycanlılardan, həm də inanılmış sadə ermənilərdən ibarət idi. Onlar bu münaqişənin alovlanmasını istəmirdilər. 1990-cı ildən başlayaraq ermənilər Xankəndində bütün küçələrin adlarını dəyişmişdilər. Milli münaqişələri qızışdıran, Xankəndində azərbaycanlıları yandıran, öldürən, 30 min insanı Xankəndindən qovan, yandıran, tutub işgəncə verən cinayətkar erməniləri tapıb həbs etmək çox çətin idi. Onu da deyim ki, belə adamların 90 faizi yaxşı hazırlanmış və Ermənistandan gələnlər idi. O vaxt onlara "saqqallılar" deyirdilər. İçəridə də çoxlu yerli ermənilər var idi.
Cinayət-axtarış idarəsinin rəisi Qarik, indiki Samvel Babayan, Kocaryan, Sarkisyan, Şahnazaryan, Manuçarov, digər silahlılar və cinayətkarlar. Bunların hamısı Şuşa türməsində yatıblar. İnanılmış adamlar yerlərini deyirdilər, bizdə ya evdə, ya iş yerində, ya yanacaqdoldurma məntəqəsində, harada gəldi, həbs edirdik. Gecələr təcili yardım kimi, kanalizasiya işçiləri kimi, santexnik işçiləri kimi reydlərə çıxırdıq. İnanmırsınızsa, general Ramil Usubova yazılı sorğu göndərin. Sadə ermənilər arasında böyük nüfuzu var idi.
Mən bilmirəm ŞUŞA türməsi tikilən zaman neçə nəfər məhbus ücün nəzərdə tutulub. Amma onu bilirəm ki, ikinəfərlik kamerada 35-40 nəfər saxlanılırdı. Oturmaq və çöməlmək mümkün deyildi. Bütün türmə agzına kimi dolmuşdu. Artıq içəridə yer yox idi. Şuşanın “KPZ”si də dolmuşdu. Rəisimiz Laçına zəng etdi, cavab gəldi ki, vallah, bizdə də yer yoxdur. Bunlar hamısı Xankəndində milli münaqişələri qızışdıran Ermənistan vətəndaşları və yerli ermənilər idi - ən qatı cinayətkarlar. Xankəndindəki ermənilər qorxularından özlərinin müdafiələri ücün azərbaycanlılardan özlərinə "dayı" axtarırdılar. Bərk qorxurdurlar.
Ermənilərin Daşaltı kəndi ömur boyu həm Şuşaya, həm də bütöv Azərbaycana, sözün əsl mənasında, meydan oxudu. Amma 1991-ci il aprelin 4-də Eldəniz Quliyevin başçılığı altında Şuşa Xüsusi Təyinatlı Polis olaraq biz bu kəndə girdik. Bu Daşaltı kəndində bir dənə də olsun, başıpapaqlı erməni kişi və qadın qalmadı. Biri qalmışdı, çox qoca qadın idi, ona dəymədik.
Nə türmədə, nə də heç yerdə yer yox idi. Məcbur olduq bir peşə məktəbinin zirzəməsinin pəncərələrini hörduk və qarovulçu qoyduq...
Xankəndi sakirləşirdi, artıq tabe olurdu. Hər şey qaydasına düşürdü.
İsmət Qayıbov Şuşada istintaq qrupu yaratmışdı. Bu qrupa ən vətənpərvər xəfiyyəçilər, kriminalistlər, ən təcrubəli əməkdaşlar və daxili və xarici kəşfiyyatı bilən kəşfiyyatçılar cəlb olunmuşdu. İsmət Qayıbov və daxili işlər naziri Məhəmməd Əsədov Qarakənd üzərində vertolyotda vuruldular. Bu iki şəxsin 40 mərasimi çıxmamış Respublika Prokurorluğundan Qarabağa ezam olunmuş prokuror polkovnik Mobil Hüseynov, onun qərargah rəisi polkovnik Aydın Əzimov və Qarabağ prokuroru bütün cinayətkar erməniləri pul ilə ya sahiblərinə, ya da "Krunq" təşkilatına satırdılar.
Ondan qabaq ruslar 8 ZİL-131 maşını ilə türməyə gəldilər ki, cinayətkar erməniləri zorla çıxarsınlar, amma Şuşa camaatı türməni mühasirəyə alaraq əlisilahlı rus əsgərlərini geri - Xankəndinə qaytardılar. Bu türmədən cəmi 8 nəfəri Bakıya etap etmişdilər, onlar Salatın Əsgərovanı qətlə yetirənlər idi. Amma yuxaruda adlarını cəkdiyim prokuror şəxslər 3-4-6 nəfər kiçik qruplarla camatın xəbəri olmadan gecə vaxtı, ya xəstəxananın, ya da Mədəniyyət Evinin sərnişin UAZ maşınları ilə çıxarıldılar. Sürücünün yanında isə mütləq Şuşa polisindən bir polis olmalı idi - sürücünun təhlükəsizliyi üçün.
Türmə rəisi Aydın müəllim idi. Sagdır. Hər axşam bir polis və maşın çağırtdırırdı. Mən də dəfələrlə əmr ilə getmişəm, yəni cinayətkarları Xankəndi ilə Şuşa arasında yerləşən neytral zona olan “Ağa körpüsü”ndən buraxmışam. Ermənilər mənə gülürdülər. İndi gedin Aydın müəllimdən soruşun, o, biri əmrləri kimdən alırdı? Yeri gəlmişkən, bu türmə rəisi mayın 8-də səhər saat 7-də öz ailəsi ilə ag “Niva” maşınında qucagında bir çamadan pul ilə, camaatı və türmədə tabeliyində 80 nəfər silahlı əməkdaş olduğu halda şəhəri qoyub qaçırdı. Maşını batmışdı. Həmin vaxt mən Kosalardan qayıdırdım. Birinci döyüş oradan başlamışdə. “UAZ”ımın burnu ilə itələyib çıxardım. Pul çamadanını açıb mənə və sürücümə 25-lik paçkası uzatdı, götürmədik. Dedi ki, ailəsini Şırlana qoyub qayıdır, amma qayıtmadı, əksinə, Bakıda bir neçə rayonda yuksək vəzifədə yer turmə rəisi oldu... Nə isə...
Dəhşətə gəlirdim, özümə nifrət edirdim. Martuni rayonunun Qaradaglı kəndinin ətrafinda yerləşən baba-nənə və 5 yaşlı uşağın üstünə benzin töküb yandıranları da buraxdılar. Halbuki bunu isbat etmək üçün öldürülmüş azərbaycanlıların qəbirlərini analiz üçün üç dəfə qazıb çıxarmışdıq. Saqqalıların “Niva” sürücüsunun üstündə üç azərbaycanlının ölüm işi var idi. Türmədə dişləri ilə sol qolunun damarını qopartdi, işini bilirdi. Buna görə də dişləri ilə sol qolunun damarlarını doğradı. Onu da buraxdılar. Beləcə, Şuşa türməsində, bir dənə də olsun, cinayətkar erməni qalmadı.
Bir qədər şiddət və əziyyət görmuş ermənilər Şuşa türməsindən çıxan kimi üç qrupa bölündülər: 1-ci qrup Kocaryanın qrupu idi. Onların işi Xankəndi şəhərində yaşayan 366-cı alayın zabit və gizirlərin ailələrinin yaşadıqları mənzillərin qarşısında silahlı qrup yaratmaq, 24 saat ərzində keşik çəkmək idi. Məqsəd də bu idi ki, əgər həmin zabit və gizirlər müsəlman kəndlərinə texnika və minamyotlarla, iriçapli motoatıcı silahlarla atəş açmasalar, döyüşmək üçün əsgərlər verməsələr, ailələri təhlükə altında olurdu, ən yaxşı halda onların qadınları zorlanırdı. Döyüşmək istəməyən əsgərlər isə döyülürdü, işgəncə verilirdi. Məhz bu səbəbdən də əsgərlər hərbi hissədən qaçırdılar. Belə ki, onlardan 20 nəfəri piyada olaraq Şuşaya, 11 nəfəri isə Malıbəyliyə qaçmışdılar. İçərilərində hər millətdən var idi. İkinci qrupa şəxsən Serj Sarkisyan başçılıq edirdi. Guya ikinci eşelonda durmaqla “otryad spasatelnaya qruppa”, yəni xilasedicilər qrupu yaratmışdılar, guya yaralanan erməni əsgərini xilas etmək. Əksinə, bunların məqsədi döyüşdən qorxub-qaçan əsgərləri, zabit və gizirləri geri qaçarkən yarıyolda hamısını güllələmək idi ki, başqalarına da dərs olsun. Bəlkə də erməni əsgərlərini azərbaycanlılardan çox S.Sarkisyanın başçılıq etdiyi bu qruplar öldürüblər. Betona, şalbana, agaclara, bir sözlə, yaxınlıqda nə ağır bir şey var idisə, ona zəncirlə bağlayırdılar. 3-cu ən təhlukəli qrup Ermənistan turmələrindən buraxılmış, sözün əsl mənasında “zek”lər idilər. Onlar erməni kəndlərinə girir, adlı siyahı tuturdular. Döyüşmək istəyən könüllülər çox idi, ancaq müharibədə azərbaycanlılara qarşı döyüşmək istəməyənlər də var idi. Onlar da çoxluq təşkil edirdilər. Ən yaxşı halda onların qızları, arvadları hamının gözü qarşısında zorlanırdı, ən pis halda elə ailələrinin, kənd camaatının gözu qarşısında güllələnirdilər.
Hal-hazırda tamamilə eyni vəziyyət yaranıb. Həm də Qarabağda azərbaycanlıılara qarşı cinayət törətməyən bir dənə də olsun erməni yoxdur və buna görə də heç vaxt təslim olub Azərbaycan pasportunu qəbul etməyəcəklər.
İndi içəridə 10 min silahlı var. Mən dəqiq bilirəm ki, hardasa mülki şəxslərdə 20-30 mindən artıq silah var. Çünki elə bir erməni ailəsi tapa bilməzsən ki, həmin evdə 3-5 silah, yeşiklərlə qumbara, tank əleyhinə silah olmasın. Elə bir ailə tapa bilməzsən ki, döyuşməsinlər, çünki hamısı cinayətkardır. Bunu özləri də bilirlər. Hal-hazırda eyni vəziyyətdir. Nə qədər ki, bu cür ermənilər fiziki cəhətdən məhv edilməyiblər, proses belə də davam edəcək, ya Xankəndi heç vaxt Azərbaycanın olmayacaq, ya da 3-cu müharibə qaçılmazdır.
Bu yaxınlarda Aqil Abbasın məqaləsini oxudum, deyir Samvel Babayan kimdir? Samvel Babayan böyük fiqurdur, hər halda gəlib rayonda araq içib tank üstündə şəkil çəkdirənlərdən olmayıb. Qarabağın 80 faizini Samvel Babayan işğal edib.
P.S. Şuşanın dalına düşmək lazım deyil. Birinci növbədə Şuşanın ətrafındakı kəndlər – Allahqulular, Şırlan, Xəlfəli, Qaybalı, Kərkicahan, Kosalar, Qara Gav, Cəmilli, Malıbəyli, Quşçular işğaldan azad olunsun ki, Xankəndinin mudafiə dairəsi (halqası) daralsın. Bax, onda zəng edib bizdən yuk maşınları istəyəcəklər ki, “kömək edin, köçək gedək”. 1991-ci ildəki kimi. Başqa yolu yoxdur.