Təyyarə qəzasında xəsarət alanların son durumu
Bu barədə "Yeni Klinika"nın baş həkimi Eldar Əhmədov məlumat verib
"Bir nəfər xəstəyə sabah osteosintez əməliyyatı icra ediləcək".
Bunu "Yeni Klinika"nın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.
"Dünən klinikaya 7 radələrində 14 xəstə daxil olub. Xəstələr gələndə neyrocərrahi, travmatoloji briqada hazır gözləyirdi. Yeni Klinikada müalicə alan xəstələrdən bir nəfərin vəziyyəti hazırda ağır, digər bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Xəstələrdə bədənin müxtəlif küt travmaları, sümük sınıqları, bir xəstəyə baldır sümüyünün açıq-qəlpəli sınığı diaqnozu qoyulub. Sabah osteosintez əməliyyatına alınacaq", - o qeyd edib.
Xatırladaq ki, "Yeni Klinika"ya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.