XƏBƏRLƏR / Nəqliyyat

THY 2035-ci ilə qədər bütün təyyarələrini yeniləyəcək

Bununla bağlı aviaşirkət məlumat yayıb

THY 2035-ci ilə qədər bütün təyyarələrini yeniləyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Türk Hava Yolları” (THY) aviaşirkəti 2035-ci ilə qədər inventarını tamamilə yeni nəsil təyyarələrlə təchiz etməyi hədəfləyir.

    Bununla bağlı aviaşirkət məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, THY İdarə Heyəti 2029–2034-cü illər arasında təhvil alınmaq şərti ilə Amerika təyyarə istehsalçısı “Boeing”dən 75 ədəd “B-787-9” və “B-787-10” tipli təyyarənin alınmasına qərar verib.

    Açıqlamada, həmçinin 150 ədəd “737-8/10 MAX” tipli təyyarənin alınması məsələsində də “Boeing” ilə aparılan danışıqların tamamlandığı qeyd olunub. Bu sifarişlərin dəqiqləşməsi mühərrik istehsalçısı “CFM International” ilə aparılan danışıqların uğurla başa çatması nəticəsində mümkün olub.