XƏBƏRLƏR / Sosial şəbəkələr

“TikTok” ABŞ-daki fəaliyyətini bərpa edib

Bu barədə “ABC News” məlumat yayıb

“TikTok” ABŞ-daki fəaliyyətini bərpa edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Yenidən xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. Prezident Trampın səyləri nəticəsində “TikTok” ABŞ-yə qayıdıb”, – tətbiqə daxil olarkən bildirişdə qeyd olunub.

    “Davam et” düyməsini basdıqdan sonra xidmət normal rejimdə işləyir. Bununla yanaşı, tətbiq hələ də “Apple”ın tətbiqlər mağazasından endirmək üçün əlçatan deyil.

    Xatırladaq ki, xidmət bazar günü gecə saatlarında ABŞ-dəki fəaliyyətini tam dayandırmışdı.