"TikTok" insan beynini öldürən dəhşətli bir şeydir
Bunu Moskvada süni intellekt mövzusunda keçirilən konfransda Qazaxıstan Prezidenti K-J.Tokayev deyib
Tokayev deyir ki, "Gənclərə oxumağı öyrətmək istəyirəm".
"Bizdə bir vaxtlar məscid tikmək dəbi var idi, amma inanıram ki, kitabxanalar tikməliyik", - deyə Kasım-Jomart Tokayev Moskvada süni intellekt mövzusunda keçirilən konfransda bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, tezliklə Astana və Almatıda 24 saat fəaliyyət göstərən prezident kitabxanaları açılacaq.
Bundan əlavə, Tokayev tənqidi düşüncənin süni intellektdən istifadə etməklə deyil, oxumaqla inkişaf etdirildiyini vurğulayıb, çünki bu, çox vaxt məlumatları təhlükəli şəkildə sadələşdirir və "TikTok"u "insan beynini öldürən dəhşətli bir şey" adlandırıb.
1 dəqiqədən az