Tofiq Yaqublu azadlığa buraxılmadı
Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib
Bu gün keçirilən məhkəmə iclasında Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.
Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu ilin aprel ayının 6-da keçirilən məhkəmə iclasında T.Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.