Tokayev AZAL təyyarəsinin qəzaya uğraması haqda danışdı
Bunu Qazaxıstan Prezidenti Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında çıxışı zamanı səsləndirib

Qazaxıstanın Xəzər dənizinin sahillərini paylaşdığı Azərbaycanla səmimi münasibətləri var. Xalqlarımızın birliyi xüsusilə Aktau yaxınlığında baş vermiş faciədən sonra daha aydın şəkildə özünü göstərdi.
Bunu Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Qazaxıstanın Xalq Assambleyasının ХХХІV sessiyasında deyib.
Tokayevin sözlərinə görə, Qazaxıstan xalqının ən yaxşı keyfiyyəti kritik anlarda daha qabarıq üzə çıxır.
"Bunu ötən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha gördük. Vətəndaşlarımız zərərçəkənlərə yardım etmək üçün səfərbər oldular. İnsanlar qan vermək üçün növbəyə durdular. Azərbaycanın səfirliyi qarşısına güllər qoydular. Bütün dünya xalqımızın həmrəyliyinə və fədakarlığına heyran oldu. Bu anlarda həmvətənlərimizin geniş qəlbi, açıqlığı və mərhəməti bir daha özünü göstərdi. Rəhm, mərhəmət və xoşniyyətlilik – bunlar bizim milli xarakterimizin xüsusiyyətləridir. Biz bu dəyərləri qoruyub saxlamalı və onları böyüyən nəsilə ötürməliyik",- deyə o bildirib.