XƏBƏRLƏR / Qayıdış

Tokayev martın 11-12-də Azərbaycanda olacaq

Qazaxıstan Prezidenti Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində də iştirak edəcək

Tokayev martın 11-12-də Azərbaycanda olacaq
Kasım-Jomart Tokayev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri 11-12 mart tarixlərində olacaq.

    O, Bakıdan Füzuliyə gedəcək və səfər çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək.

    Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.