Tokayevin qələbəsi rəsmən elan olundu
Ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib
Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ötən gün keçirilən növbədənkənar prezident seçkilərində 81,31% səslə qalib gəlib. Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, Tokayev qələbə qazanıb.
Qeyd edək ki, ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Prezidentlik uğrunda 6 namizəd mübarizə aparıb.
Namizədlərdən Jiquli Dayrabayev 3,42% (271 641 səs), Meyram Kacıken - 2,53% (200 907 səs), Karakat Abden - 2,6% (206 206 səs), Saltanat Tursynbekova - 2,12% (168 732 səs), Nurlan isə 2,17% səs toplayıb.
Seçki günü ümumilikdə 10 101 seçki məntəqəsi açıq olub. Respublika əhalisinin sayı 19,6 milyon nəfər olmasına baxmayaraq, səsvermə siyahılarına 11,95 milyondan çox qazaxıstanlı daxil edilib.