Toyvo Klaar Aİ-nın Ermənistandakı missiyasını tərifləyir
Aİ Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Azərbaycanın narahatlığını bölüşmür

"Avropa İttifaqının Ermənistandakı missiyası şəffaflığın təmin edilməsində mühüm rol oynayır".
Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə nümayəndəsi Toyvo Klaar "X" hesabında yazıb.
"O, Azərbaycanla da qarşılıqlı fəaliyyətə açıqdır. Əgər narahatlıq yaranarsa, bütün tərəflərlə müntəzəm əlaqə saxlayan Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası tərəfindən edildiyi kimi, onlar təhlükəsiz mühitdə həll edilməlidir".