Tramp öz ad gününə möhtəşəm hərbi parad hazırlayır
Bu barədə "Washington Post" qəzeti məlumat əldə edib

Vaşinqton möhtəşəm hərbi parad hazırlayır: ABŞ ordusunun 250 illiyi və Donald Trampın doğum gününün 79-cu ildönümü
14 iyun 2025-ci ildə Vaşinqtonda ABŞ Ordusunun yaradılmasının 250 illiyi münasibətilə genişmiqyaslı hərbi parad keçiriləcək. Tədbir prezident Donald Trampın 79-cu doğum gününə təsadüf edir.
Paradın 25-45 milyon dollara başa gələcəyi təxmin edilir. Burada 6600-dən çox hərbçi və 150 hərbi texnika, o cümlədən "M1 Abrams" tankları, "Bradley" və "Stryker" döyüş maşınları iştirak edəcək. "Black Hawk" və "Apache" helikopterləri də daxil olmaqla 50-yə yaxın təyyarənin də iştirakı gözlənilir.
Bayram tədbirləri tarixi kostymlar və silahlarla müşayiət olunacaq. Donald Trampın nitq söyləməsi və 250 hərbçinin simvolik olaraq yenidən hərbi xidmətə çağırılması mərasimində iştirak etməsi planlaşdırılır. Ordunun “Qızıl Cəngavərlər” paraşüt komandası nümayiş keçirəcək və Beynəlxalq Kosmik Stansiyadan ordunun astronavtı bayrama qatılacaq.