Tramp Özbəkistana səfər etmək niyyətindədir
Bunu ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıq üzrə Xüsusi Elçisi Paolo Zampolli bildirib
ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıq üzrə Xüsusi Elçisi Paolo Zampolli bildirib ki, ABŞ Prezidenti Tramp Özbəkistana səfər etmək niyyətindədir.
"Bilirəm ki, o, Özbəkistana gəlmək istəyir. Prezidentin qrafiki olduqca sıxdır. Amma o, mənə Özbəkistana səfər etmək niyyəti barədə danışdı. Ümid edirik ki, bu səfər mümkün qədər tez baş tutacaq", - deyə o qeyd edib.
Zampolli əlavə edib ki, o, bu məsələni daim təbliğ edir.
1 dəqiqədən az