Trampın xüsusi elçisi Stiv Vitkoff Tehrana gedə bilər
Bu barədə "The Washington Post" yazıb

Trampın xüsusi elçisi Stiv Vitkoff dəvət olunarsa, məsləhətləşmələr üçün Tehrana gedə bilər.
Bu barədə The Washington Post Tramp administrasiyasının rəsmilərinə istinadən xəbər verir.
Vitkoffun İran tərəfinə birbaşa danışıqlara çağırış mesajları göndərdiyi də qeyd olunur. Məqalədə qeyd olunur ki, Omandakı məsləhətləşmələr birbaşa deyilsə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi onlara qatılmaya bilər.