XƏBƏRLƏR / TRIPP

TRIPP boyunca Amerika hərbi qüvvələri olacaqmı?

Bu sualı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana İranda veriblər

TRIPP boyunca Amerika hərbi qüvvələri olacaqmı?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərin İranın TRİPP marşrutuna münasibəti haqda sualı cavablandırıb.

    "Əlbəttə ki, İran tərəfinin sualları var və bu suallara cavablar artıq verilib. İran tərəfi soruşur: 'TRIPP boyunca Amerika hərbi qüvvələri olacaqmı?' Biz cavab veririk: 'Olmayacaq". 

    Sənədlər bunu təsdiqləyir, reallıq bunu təsdiqləyir. Həmçinin onlar deyir: 'Yaxşı, əgər bu baş verməsə, onda onlar da bu dəmir yolu şəbəkəsinə qoşula və istifadə edə biləcəklər və bu, çox yaxşıdır'", - deyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat brifinqində bildirib.

    Öz növbəsində, İrəvanda səfərdə olan İranın XİN rəhbəri Abbas Araqçı məsələ ilə bağlı erməni tərəfdaşlarına inandığını deyib:

    "Biz erməni tərəfdaşlarımıza etibar edirik. Bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç nə etməyəcəklər. Ermənistan hakimiyyəti ilə məsləhətləşmələri davam etdiririk" -  Əraqçi COP17 çərçivəsində jurnalistlərə bildirib.