XƏBƏRLƏR / TRIPP

Vitkoff: TRIPP Hörmüz boğazına alternativ ola bilər

Bu barədə Trampın xüsusi elçisi TRIPP-ə həsr olunmuş tədbirdə deyib

Vitkoff: TRIPP Hörmüz boğazına alternativ ola bilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • TRIPP (Tramp Marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla əsas gəmiçilik mərkəzlərinin zəifliyi fonunda beynəlxalq ticarət üçün alternativ bir yol təmin edə bilər. Bu barədə Trampın xüsusi elçisi Stiv Vitkoff TRIPP-ə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

    Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ticarət yollarını bir neçə həftə qısaldacaq, dünyanın müxtəlif bölgələrini birləşdirəcək və qlobal ticarət sistemindəki mövcud maneələri aradan qaldıracaq. Vitkoff qeyd edib ki, "Hörmüz boğazı kimi maneələr olduqda, malların daşınması üçün alternativ marşrutların olması xüsusilə vacib olur".

    O, həmçinin bildirib ki, TRIPP-in əhəmiyyətli investisiya cəlb etmək potensialı var. O əlavə edib ki, layihə Ermənistana təqdim edildikdə, onun ölkənin gələcəyinə potensial təsiri qiymətləndirilib.