Ermənistan parlamenti bu gün TRIPP layihəsini təsdiq edəcək
Müxalifət nümayəndəsi şuluq salaraq layıhənin müzakirəsini pozmağa cəhd edib
Ermənistan Milli Assambleyasının deputatları bu günkü iclası 1999-cu il oktyabrın 27-də törədilmiş terror aktı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıblar.
27 il əvvəl parlamentə hücumda baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Dəmirçyan da daxil olmaqla 8 nəfər həlak olub.
İclasın gündəliyinə 12 məsələ daxil edilib. Əsas olanlardan biri TRIPP layihəsi (Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu) üzrə Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası məsələsinə baxılmasıdır.
Müxalifət nümayəndəsi Edqar Kazaryan TRIPP layıhəsinin müzakirəsini pozağa çalışaraq, təxribatçı çıxış edib. Lakin mühafizə onu zaldan çıxarıb.
Qeyd edək ki, oktyabrın 21-də parlamentin Xarici Əlaqələr Komissiyası qanun layihəsinə müsbət rəy verib.
1 dəqiqədən az