XƏBƏRLƏR / TRIPP

"TRİPP layıhəsi kifayət qədər sürətlə irəliləyir"

Bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan jurnalistlərə deyib

"TRİPP layıhəsi kifayət qədər sürətlə irəliləyir"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan TRIPP layihəsinin hazırkı vəziyyəti ilə bağlı sualı cavablandırıb:

    "Planlaşdırılan hər şey kifayət qədər sürətlə irəliləyir. Proqramın bir il ərzində nə qədər irəlilədiyinə və qeydə alınan irəliləyişlərə nəzər salsaq, deməliyəm ki, bu miqyaslı layihə üçün kifayət qədər əhəmiyyətli nəticələr əldə etmişik.

    Bildiyiniz kimi, hazırda bir araşdırma aparılır və düşünürəm ki, bu, yaxın 1-2 ay ərzində başa çatacaq.

    Sual: Hazırda praktik addımlar hansılardır?

    Mkrtçyan: Xüsusilə praktik addımlardan danışıram. Görürsünüz, layihənin bir çox təbəqəsi var. Tədqiqat və ondan irəli gələn müxtəlif fəaliyyət addımları hazır olana qədər bu mümkün deyil. Tipik bir binanın tikintisi üçün layihə və smeta hazırlamaq nə qədər vaxt aparır? İndi təsəvvür edin ki, neçə təbəqə və nüans var.

    Tədqiqat Amerika şirkəti AECOM tərəfindən sifariş edilib. Nəticələr tezliklə açıqlanacaq, qiymətləndirmə aparılacaq və sonra praktik mərhələyə keçəcəyik. O vaxta qədər bütün rəsmiyyətlər... TRIP İnkişaf Şirkətinin qeydiyyatı, bütün detalların Amerika maliyyə qurumları ilə razılaşdırılması — biz artıq bütün bu addımları tamamlamışıq. İndi isə layihə yetkinləşib və praktiki icra mərhələsinə keçib: gələn ilin əvvəlində təməlqoyma mərasimini keçirməyi planlaşdırırıq".