XƏBƏRLƏR / TRIPP

Bakı və İrəvan TRIPP elektrik xətti haqda Gorusda danışıblar

İlk belə görüş avqust ayında Laçında keçirilib

Bakı və İrəvan TRIPP elektrik xətti haqda Gorusda danışıblar
Laçın, 25 avqust 2026-cı il
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan Respublikasının və Ermənistan Respublikasının müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.

    Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, həmçinin bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

    Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət yetirilib.

    Xatırladaq ki,  Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələri avqustun 25-də Laçın şəhərində görüşmüşdülər.