XƏBƏRLƏR / TRIPP

Ermənistan parlamentində TRİPP-ın təsdiqi müzakirə edilir

Təqdimatı xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan edir YENİLƏNİB

Ermənistan parlamentində TRİPP-ın təsdiqi müzakirə edilir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:19

    Ararat Mirzoyan daha sonra bildirib: "Müqavilənin təsdiqlənməsindən sonra səhmdar müqaviləsinin imzalanması, şirkətin nizamnaməsinin təsdiqlənməsi kimi sənədləşmə baxımından hələ bir və ya iki addım atmalıyıq və yəqin ki, bu, şirkətin fəaliyyətə başlaması üçün lazımi institusional və fundamental addımları tamamlayacaq".

    ***

    13:16

    TRIPP layihəsi vətəndaşların həyatını yaxşılaşdırmaq və asanlaşdırmaq üçün nəzərdə tutulub. Bunu 21 oktyabrda Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) layihəsi çərçivəsində Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiya layihəsinin müzakirəsi zamanı parlament üzvlərinin suallarını cavablandıran Xarici İşlər və Beynəlxalq Ticarət naziri Ararat Mirzoyan bildirib.

    "Bizim buna ehtiyacımız yoxdur deyən bir dənə də olsun sağlam düşüncəli insan təsəvvür edə bilmirəm", - deyə xarici işlər naziri qeyd edib.

    Mirzoyanın sözlərinə görə, TRIPP təkcə Azərbaycanla deyil, həm də Gürcüstan və İranla sərhəd keçidlərini sadələşdirəcək.

    "Ümid edirəm ki, Türkiyə ilə sərhəd açılacaq və bir anda sahibkarlar və vətəndaşlar üçün həyatı necə asanlaşdırmaq barədə düşünəcəyik", - deyə xarici işlər və beynəlxalq ticarət naziri bildirib.

    ***

    12:23

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində bəzi infrastruktur xətlərinin, o cümlədən qaz və ya neft kəmərlərinin Sünik vilayətindən kənarda çəkilə biləcəyini istisna etməyib.

    Ermənistan mediası xəbər verir ki, Mirzoyan bu barədə parlamentin Xarici əlaqələr komissiyasında TRIPP layihəsi üzrə müqavilə layihəsini təqdim edərkən danışıb.

    Nazir bildirib ki, gələcək dəmir yolu xətti boyunca boru kəmərlərinin necə çəkiləcəyini təsəvvür etmək çətindir. Onun sözlərinə görə, Araz çayı ilə qayalıqlar arasındakı ərazi çox dardır və burada yer məhduddur.

    Mirzoyan qeyd edib ki, cənub hissəsindən dəmir yolu və elektrik xətləri, sovet dövründə olduğu kimi, keçirilə bilər. Qaz və neft kəmərlərinin isə Ermənistan ərazisinin digər hissələrindən çəkilməsi mümkündür.

    Nazir əlavə edib ki, infrastrukturun keçəcəyi konkret ərazi hələ müəyyənləşdirilməyib.