Ermənistan Konstitusiya Məhkəməsi TRIPP-ə yaşıl işıq verdi
TRIPP üzrə öhdəliklərin Ermənistan konstitusiyasına zidd olmadığı qənaətinə gəlinib
Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında saziş Ermənistan konstitusiyasına uyğun hesab edilib.
Bu barədə eməni mətbuatı Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, məhkəmənin sazişlə bağlı araşdırması başa çatıb və TRIPP üzrə öhdəliklərin Ermənistan konstitusiyasına zidd olmadığı qənaətinə gəlinib.
Məhkəmədən SputnikARM-a verilən məlumata görə, qərar üç gün ərzində ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, TRIPP – “Trump Route for International Peace and Prosperity” layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi 2026-cı ildə imzalanıb. Ermənistan hökuməti iyul ayında sazişin ratifikasiyası prosesinə başlayıb və sənədi Konstitusiya Məhkəməsinə təqdim edib.
1 dəqiqədən az