XƏBƏRLƏR / Siyasət

Türk dövlətlərinin liderləri Astanadadır

Bu gün Qazaxıstan paytaxtında Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü keçiriləcək

Türk dövlətlərinin liderləri Astanadadır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Görüşü keçiriləcək.

    Yubiley görüşü “Türk Əsri” çağırışı altında keçirilir.

    Dövlət və hökumət başçıları çoxtərəfli əməkdaşlığın əsas aspektlərini, regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələri müzakirə edəcəklər.

    Toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək. Sammitin yekununda Astana Aktı və Astana Sammiti Bəyannaməsi imzalanacaq.

    Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası  müşahidəçi üzv statusunda təmsil olunurlar.