Türkiyə-Azərbaycan qardaşlığı bəzilərində narahatlıq doğurur
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bəyan edib
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiya toplantısında bildirib ki, Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələrdə narahatlıq doğurur.
Partiya lideri qeyd edib ki, iki türk dövləti - Türkiyə və Azərbaycan arasındakı dərin qardaşlıq münasibətlərinə kölgə salmağa çalışanlar heç vaxt məqsədlərinə çata bilməyəcəklər.
Azərbaycan və Ermənistan arasında sülh prosesinə gəldikdə, Baxçalı 8 avqustda Vaşinqtonda imzalanan bəyannamənin bu prosesə mühüm təkan verəcəyini bildirib.
Baxçalı həmçinin Azərbaycanın Vətən Müharibəsindəki qətiyyətini və qəhrəmanlığını yüksək qiymətləndirib, Qarabağın azad edilməsini tarixi qələbə adlandırıb.
O, sülh prosesində atılan addımların müsbət nəticələrinə inandığını vurğulayıb.
Dövlət Baxçalı Azərbaycan xalqını Qələbə Günü və Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edib.
1 dəqiqə