Türkiyənin daxili işlər naziri sabah Bakıya gəlir
O, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin Bakıda keçiriləcək 2-ci iclasında iştirak edəcək
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Azərbaycana səfər edəcək.
Türkiyəli nazirin səfəri sentyabrın 6-8-nə planlaşdırılıb.
Səfər çərçivəsində A.Yerlikaya Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təbii fəlakətlərin nəticələrinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərinin Bakıda keçiriləcək ikinci iclasında iştirak edəcək.
Sentyabrın 6-dan 8-dək Bakıda TDT ölkələrinin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərinin ikinci iclası keçiriləcək.
Görüş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbir çərçivəsində TDT-yə üzv ölkələrin səlahiyyətli strukturlarının iştirakı ilə “Bakı-2023” beynəlxalq təlimlərinin keçirilməsi planlaşdırılır.