XƏBƏRLƏR / Neft və Qaz

Türkiyə ərazisindən BTC vasitəsilə neftin nəqli 3,5% azalıb

Bu barədə Türkiyənin "BOTAŞ" şirkəti xəbər verir

Türkiyə ərazisindən BTC vasitəsilə neftin nəqli 3,5% azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 183 945 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 3,55% azdır.

    Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti xəbər verir.

    Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 190 706 min barel neft nəql edilib.

    Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.

    Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.