XƏBƏRLƏR / Hərbi

Türkiyə HHQ nümayəndələri hərbi hissələrdə olub

Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb

Türkiyə HHQ nümayəndələri hərbi hissələrdə olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında keçirilən 13-cü Qərargah danışıqları davam edir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib. Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, Birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq təqdim olunub.

    Sonra türkiyəli nümayəndə heyətinə hərbi hissələrin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

    Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.