Türkiyə KAAN qırıcısını müttəfiq ölkələrlə bölüşəcək
Bu barədə TUSAŞ aerokosmik şirkətinin yeni baş katibi Mehmet Dəmiroğlu bildirib
Türkiyə ilk istehsal partiyasından 150-yə yaxın KAAN qırıcısını müttəfiq ölkələrə təhvil verəcək.
TUSAŞ aerokosmik şirkətinin yeni baş katibi Mehmet Dəmiroğlu bildirib ki, prioritet yerli Hərbi Hava Qüvvələrinin ehtiyaclarını ödəmək üçün qalacaq.
İstehsal başlandıqdan sonra Türkiyə dünyada beşinci nəsil qırıcılar istehsal edən dörd ölkədən biri olacaq.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ arasında KAAN layihəsi üzrə əməkdaşlığa dair protokol ötən ilin yayında imzalanıb. Sonradan məlum oldu ki, qırıcının komponentlərindən biri Azərbaycanda istehsal olunacaq.