XƏBƏRLƏR / Hadisə

Türkiyə limanlarından birində partlayıış baş verib

Mərmərə dənizində yerləşən Kocaeli şəhərinin Derince limanında taxıl yüklənərkən güclü partlayış olub

Türkiyə limanlarından birində partlayıış baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kocaeli şəhərinin Derince limanı yaxınlığında gəmiyə taxıl yüklənərkən elevatorda partlayış baş verib, CNN Türk iddia edir.

    Mərmərə dənizində yerləşən Derincə limanında güclü partlayış baş verib.

    Kocaeli valisi Seddar Yavuz bildirib ki, yaralıların sayı 10-a çatıb.

    Bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Dağıntılar altında qalan yoxdur.

    Derince bələdiyyə sədri Zeki Aygün partlayışın taxıl anbarında baş verdiyini bildirib.

    O, sıxılmanın partlayışa səbəb olduğunu vurğulayaraq, hazırda yanğının olmadığını qeyd edib. Zeki Aygünün sözlərinə görə, xəsarət alanlar artıq xəstəxanaya çatdırılıb.

    Partlayışa səbəb gəmiyə taxıl yüklənərkən "taxıl tozunun partlaması" olub, Türkiyə rəsmiləri bildiriblər.

    Limanında baş verən partlayış nəticəsində 16 elevatordan 13-ü zədələnib.