Türkiyə ordusu daha 7 terrorçunu məhv edib
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb
Türkiyə Silahlı Qüvvələri “Zeytin Dalı” və “Fırat Qalxanı” hərəkatları çərçivəsində 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” hesabında paylaşım edib.
“Terrorçuların hücum cəhdlərinə cavab verməyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Zeytin Dalı” və “Fırat Qalxanı” bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücum hazırlayan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Biz terrorun mənbəyini qurutmaqda qətiyyətliyik”, - paylaşımda bildirilib.