Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anılır
Paytaxt sakinləri səfirlik önünə gələrək əklil, gül dəstələri və oyuncaqlar düzürlər
Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gələrək Türkiyədəki zəlzələdə həyatını itirənləri yad edirlər.
Trend-in məlumatına görə, hazırda da paytaxt sakinləri səfirlik önünə gələrək əklil və gül dəstələri düzürlər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda həlak olan və yaralananlar var.